Ukrayna Nazirlər Kabineti gələn il üçün ixracı və idxalı lisenziyalaşdırılmalı və kvota qoyulan malların siyahısını təsdiq edib.

İqtisadiyyat.az xəbər verir ki  bu barədə qərar hökumətin rəsmi portalında dərc olunub.

Məlumata görə, Ukrayna hökuməti daha bir il qaz, duz və kömür ixracına qadağa qoyub. Həmçinin kokslaşan kömürlərə 900 min ton və maye yanacağa isə 540 min ton kvota müəyyən edib.

Nazirlər Kabineti bununla yanaşı, buğda, çovdar, arpa, yulaf, qarğıdalı, soya, kolza və günəbaxan toxumları, soya, kolza, günəbaxan və xardal yağının lisenziyasını saxlayıb.

 

Gözəl Həşimova