Təxminən 2 min yük maşını Ukraynaya getmək üçün Polşa ilə sərhəddə polşalı yük maşınları və fermerlər tərəfindən bloklanan dörd keçid məntəqəsində növbələrdə gözləyir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.

"Bu gün səhər saatlarına olan məlumata görə, Ukraynaya getmək üçün bu üç istiqamətdə (Yaqodin - Dorohusk, Krakovets - Korçeva və Rava Russkaya - Hrebene) 1,4 min yük maşını növbəyə durub. Bundan əlavə, yanvarın 4-də səhər saatlarında yük maşınlarının hərəkəti bağlanıb. Medyka-Şeqini keçid məntəqəsi istiqamətində hərəkət bərpa edilib, səhər 600 yük maşını növbə gözləyib", - deyə Ukrinform agentliyi Demçenkodan sitat gətirib.

Demçenkonun sözlərinə görə, Slovakiya ilə sərhəddə Ujqorod keçid məntəqəsində də yük maşınlarının kiçik növbəsi yaranıb.

6 noyabr 2023-cü ildə Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayaraq etiraz aksiyasına başlayıblar: Yaqodin - Dorohusk, Krakovets - Korczeva və Rava Russkaya - Hrebiene. Noyabrın 23-də Medıka-Şeqini yolunu bağlayan fermerlər də onlara qoşulub. Bir ay sonra blokada aradan qaldırılsa da, yanvarın 4-də keçid məntəqəsi yenidən bağlanıb.