“Rusiya Ukrayna ordusunda əsasən ABŞ, Kanada və Avropa ölkələrindən olan 4845 əcnəbi muzdlu döyüşçünü zərərsizləşdirib”.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

“Ukraynadakı səfərbərlik dalğası iflasa uğrayıb və ordusunda ciddi itkilər var. Kiyevin bunu gizlətmək üçün Latın Amerikası, Asiya və Yaxın Şərq ölkələrindən əcnəbi muzdluları sürətlə ordusuna cəlb edir. Münaqişələrin başladığı vaxtdan indiyədək Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün 84 ölkədən 11 675 əcnəbi muzdlu döyüşçü gəlib”.

Konaşenkov əlavə edib ki, ABŞ, Türkiyə və Avropa ölkələrindən ümumilikdə 4845 əcnəbi muzdlu döyüşçü öldürülüb.