Ukraynanın müdafiə naziri Aleksey Reznikov kasetli sursatların istifadəsi ilə bağlı ilk hesabatı bu həftə ABŞ-a təhvil verəcək.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə CNN-ə danışıb.

“Biz istifadənin nəticələri barədə məlumat verəcəyik, ona görə də düşünürəm ki, gələn həftə mən ilk hesabatı təqdim edəcəm. Bu hesabatları Pentaqondakı tərəfdaşlarımla paylaşacağam”, - deyə nazir bildirib.

Reznikov kaset sursatlarının adi silahlardan daha effektiv olacağına ümid etdiyini bildirib. 
Onun sözlərinə görə, həmin hesabatları iyulun 24-ü və ya 25-də təhvil verəcək. Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu silahların istifadəsi ilə bağlı sənədin ötürülməsi kasetli sursatların qəbulu ilə bağlı Pentaqonla müqavilənin tərkib hissəsidir.