Ukrayna iqtisadiyyatının bu il 3% böyüyəcəyi proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko "Bloomberg"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozundan daha yuxarıdır. Nazir bildirib ki, Ukrayna beynəlxalq sərmayələri cəlb etmək üçün korrupsiyaya qarşı mübarizəni davam etdirəcək.

Əlavə edək ki, bu ilin əvvəlindən bəri Ukraynaya kapital axını 8,17 milyard dollar təşkil edib.