Ukrayna Futbol Assosiasiyası "Neftçi", "Srvena Zvezda" və "Fənərbağça"nın Rusiyada keçirilən "MATÇ TV" turnirində iştirakına görə bəyanat yayımlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində “Neftçi” (Bakı), “Crvena Zvezda” (Belqrad) və “Fənərbağça” (İstanbul) komandalarının iştirakını qətiyyətlə pisləyib:

"Bir daha Avropa və dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli cinayətkar rejimin təbliğat vasitəsi kimi istifadə olunub. Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və Ukrayna adı olan hər şeyi məhv etmək məqsədi güdür. Xatırladırıq ki, Rusiya ATƏT Parlament Assambleyası, Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terrorizmin sponsoru kimi tanınır. Ukrayna Futbol Assosiasiyası dəfələrlə UEFA-ya, FİFA-ya, Avropa və dünyadakı futbol ictimaiyyətindən olan bütün tərəfdaşlarımıza Rusiya komandaları ilə oyunlarını təxirə salmaq, o cümlədən Rusiyada keçirilən futbol yarışlarına qoşulmamaq, habelə Rusiyaya səfərlər etməmək barədə müraciət edib. Çünki Rusiya futbolu ilə istənilən əməkdaşlıq və terrorçu ölkənin ərazisinə səfərlər diqqəti Ukraynaya qarşı soyqırımdan yayındırmağa kömək edir".