Ukraynanın dövlət büdcəsinə Dünya Bankının yenidənqurma və sosial müdafiə layihələri çərçivəsində Yaponiyadan təxminən 950 milyon dollar vəsait daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu məbləğə mənzillərin təmiri layihəsinin bir hissəsi kimi qrant və sosial müdafiə sahəsində layihə üçün dövlət krediti daxildir.

Qeyd edək ki, dekabrın ortalarına Dünya Bankı Ukraynaya təcili maliyyə dəstəyi üçün 39 milyard dollardan çox vəsait səfərbər edib. Bu məbləğə Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İndoneziya, İrlandiya, İslandiya, İspaniya, Kanada, Latviya, Litva, Hollandiya, Norveç, ABŞ, Finlandiya, İsveçrə, İsveç, Yaponiya və Koreya Respublikası kimi donor ölkələrin “öhdəlikləri və vədləri” daxildir.

 

Gözəl Həşimova