UEFA-nın 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, ötən il Azərbaycan klublarına ödənilən məbləğdən 12 milyon 627 min 912 manat çoxdur.

“Qarabağ”a 24 497 200 manat, “Neftçi”yə 1 635 397 manat, “Zirə”yə 961 395 manat, “Qəbələ”yə 847 787 manat, “Sumqayıt”a 847 787 manat, “Sabah”a 320 749 manat, “Şamaxı”ya 165 465 manat, “Səbail”ə isə 146 931 manat ödəniş edilib.

“Kəpəz” və “Turan Tovuz” bu mövsümdən elitada çıxış etdikləri üçün onlara vəsait ayrılmayıb.