"Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la oyununun yeri dəyişdirilib.

İqtisadiyyat.az xəbər verir ki, UEFA ilk oyunun Bakıda olmasına qərar verib.

Buna səbəb İstanbulda 10 avqust tarixində “Fənərbaxça”nın da oyununun olmasıdır.

Beləliklə, “Neftçi” avqustun 10-da “Beşiktaş”ı qəbul edəcək. Oyun saat 21:00-da başlayacaq. Avqustun 17-də isə “Neftçi” İstanbulda cavab oyununa çıxacaq. Həmin oyuna da eyni saatda start veriləcək.