"Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, “qırmızı-qaralar” birinci mərhələdə Macarıstanın “Puşkaş Akademiya”sı ilə üz-üzə gələcək.

Cütün qalibi növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin güclüsü ilə görüşəcək.

Əyalət təmsilçisi ilk görüşünü oktyabrın 4-də evdə keçirəcək. Cavab matçı oktyabrın 25-də səfərdə olacaq