UEFA müfəttişləri tərəfindən hazırlanan məsləhət hesabatına uyğun olaraq, "Osasuna"nın 2013-2014 mövsümünün son iki matçında aşkar edilmiş danışıq oyunlarına görə sanksiya olaraq, gələn mövsüm Avropa Konfrans Liqasında iştirak hüququndan məhrum edilməsinin istəndiyini açıqladı.

İqtisadiyyat.az xəbər verir ki, UEFA Nəzarət, Etika və İntizam Komitəsinin müfəttişlərinin təqdim etdiyi hesabatdakı tövsiyəni dəyərləndirəcəyi bildirilib və məsələ ilə bağlı “Osasuna” klubuna məlumat verilib.

"Osasuna"nın UEFA-nın yekun qərarını verənə qədər Apellyasiya Komitəsinə müraciət etmək və yeni müdafiə təqdim etmək hüququna malik olduğu qeyd edilib.

UEFA-nın təqdim etdiyi kriteriyaları düzgün görməyən "Osasuna" hüquqlarını müdafiə etmək üçün hüquqi mübarizəni sona qədər davam etdirəcəyini və Apellyasiya Komitəsinə müraciət edəcəyini açıqlayıb.

Ötən mövsüm La Liqanı 7-ci pillədə başa vuraraq növbəti mövsüm UEFA Avropa Konfrans Liqasında iştirak hüququ qazanan "Osasuna" "Meydanda ədalətli şəkildə qazanılan avrokuboklarda iştirak hüququ əlindən alınmamalı" fikrini irəli sürüb.

"Osasuna" İspaniyada 2013/2014-cü il mövsümündə liqada qalmaq üçün son iki oyunda danışılmış oyunlara yol verdiyi iddiası ilə mühakimə olunub və 2020-ci ilin aprelində məhkəmə 11 müttəhimdən 9-na həbs və pul cəzası verib.

 Bu hadisə İspaniya futbol tarixində danışılmış oyunlara görə verilən ilk cəza kimi tarixə düşüb.