ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, cümə günü Ayova ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə Tramp deyib:

“Bu vədi verə biləcək yeganə namizəd mənəm. Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam. Biz artıq üçüncü dünya müharibəsinə doğru gedirik”.

Donald Tramp, həmçinin bir daha bəyan edib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacaq. "Hər kəs maraqlanır ki, mən bunu edə bilərəmmi. Təbii ki, bacararam”, - o deyib.

Qeyd edək ki, Donald Tramp ictimai çıxışlarında dəfələrlə 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynadakı vəziyyəti bir gündə həll edə biləcəyini bildirib. Lakin sülhə necə nail olacağına dair fikirlərini açıqlamayıb.