Türkiyəyə bu ilin yanvar-avqust dövründə 36 milyon 754 min 146 turist səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 8 aylıq dövrdə Türkiyəyə gələn xarici turistlərin sayı 13,95% artıb. Bu dövrdə Türkiyəyə ən çox səfər edən ruslar olub.

 

Gözəl Həşimova