Muğlanın Marmaris rayonunda yanğın baş verib. Yanğın nəzarət altına alınsa da, 2 hektar əraziyə ziyan dəyib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səbəbi bilinməyən yanğın Asparan, Hisarönü Mahallesidə meşəlik sahədə iki fərqli nöqtədə başlayıb.

Muğla Meşə Region Müdirliyinə bağlı 6 təyyarə, 9 helikopter, 15 yanğınsöndürən maşın və çox sayda yanğınsöndürmə qrupu alovlara qurudan və havadan müdaxilə edib.

Görülən tədbirlərlə yanğın nəzarətə alınıb, ərazidə soyutma işləri aparılır.