Qadın voleybolçulardan ibarət Türkiyə yığması Avropa çempionatının qalibi olub.

İqtisadiyyat.az xəbər verir ki, "ay-ulduzlular" həlledici görüşdə serblərlə qarşılaşıb. Gərgin keçən oyun Türkiyə yığmasının əzmkar qələbəsi ilə başa çatıb - 3:2.