Türkiyənin müdafiə naziri Yaşar Gülər Efes-2024 təlimində jurnalistlərlə görüşü zamanı Azərbaycan və Ermənistan münasibətləri haqda da danışıb.

İqtisadiyyat.az xəbər verir ki, o sülh müqaviləsinin vacibliyini vurğulayıb.

“Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsi lazımdır. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyirik və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayırıq.

Möhtərəm Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) vurğuladığı kimi, tarixi sülh fürsəti yaxşı dəyərləndirilməlidir. Paşinyanın açıqlamalarını müsbət hesab edirəm. Düşünürəm ki, o, həm ölkəsi, həm də cəmiyyəti üçün düzgün iş görüb və real yanaşmaya malikdir”.