Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektində yerləşən Muğam Evinin cari təmir işlərinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, Mədəniyyət Nazirliyi təmir işlərini "Qara Qaya" şirkətinə həvalə edib.

Nazirlik şirkətlə 350 min manat dəyərində müqavilə bağlayıb. Tender elan olunan zaman isə nazirlik təmir işlərinin 450 min manata başa gələcəyini ehtimal edib. Göründüyü kimi, "Qara Qaya" şirkəti nazirliyə 100 min manat güzəşt edə bilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 manat olan şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.