May ayında dar çərçivədə müəyyən edilmiş işsizlərin sayı əvvəlki ayla müqayisədə 193 min nəfər azalaraq 3 milyon 328 min nəfər olub. Dar mənada müəyyən edilmiş işsizlik səviyyəsi 0,5 faiz bəndi azalaraq 9,5 faizə enib, bu, son 9 ilin ən aşağı səviyyəsidir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin may ayı üçün İşçi Gücü Statistikasını açıqlayıb.

Müvafiq olaraq, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2023-cü ilin may ayında əvvəlki ayla müqayisədə 193 min nəfər azalaraq 3 milyon 328 min nəfər olub. Beləliklə, 2014-cü ilin mart ayından bəri görülən ən aşağı işsizlik səviyyəsi qeydə alınıb.

İşsizlik nisbəti isə 0,5 faiz bəndi azalaraq yüzdə 9,5 olub. İşsizlik nisbətinin kişilər üçün yüzdə 7,7 olduğu halda, qadınlar üçün yüzdə 13,0 olduğu təxmin edilir.