Türkiyə ABŞ ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq niyyətindədir.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, Türkiyə hakimiyyəti iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Baydenin Vilnüs görüşündə ikitərəfli əlaqələrin gələcək inkişafına dair razılaşmaları fonunda bu qərara gəlib. Bu fonda sentyabrın 19-da ölkələr arasında investisiya əməkdaşlığının müzakirəsi planlaşdırılır.

 

Gözəl Həşimova