Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.

"Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq", - bələdiyyə rəhbəri qeyd edib.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

22:43

Hatayda 6,4 maqnitudalı zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin Adanada da hiss olunduğu deyilir.