Türkiyədə zəlzələ riskinə qarşı sığortalanan əmlak sayı 11,1 milyona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Təbii Fəlakət Sığortaları Qurumundan (DASK) məlumat verilib. Məlumata görə, sığortaların artması ilə 20 milyon 32 min əmlakın 56%-i zəlzələ riskinə qarşı təminat altına alınmış olub.

DASK bu sığorta ilə zəlzələ və zəlzələ nəticəsində meydana gələnzərərləri qarşılayır. Bina tam olaraq və ya qismən zəlzələdən ziyan görsə, bu sığortaya daxil edilir.