Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın olub.

Bu barədə İqtisadiyyat.az yerli mətbuata istinadən xəbər verir.

Yanğının əhatə dairəsi küləyin təsirindən genişlənib. Əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub.

Yanğın nəticəsində 4 nəfər ölüb, daha 19 nəfər xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.