Ötən ilin dekabr ayında Türkiyədə işsizlik nisbəti noyabrla müqayisədə 0,1 bənd azalaraq 8,8%-ə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı ötən ilin dekabr ayı üçün işçi qüvvəsi statistikasını açıqlayıb.
Bu dövrdə işsizlərin sayı 3 milyon 98 min nəfər olaraq müəyyən edilib.
Məlumata görə, ölkədə 15 yaşdan yuxarı olan işsizlərin sayı 12 min nəfər azalaraq 3 milyon 98 min nəfərə çatıb. İşsizlik səviyyəsi kişilər üçün 7,1%, qadınlar üçün isə 12% təşkil edib.
Gözəl Həşimova