Türkiyənin Bartın vilayətinin Amasra rayonunda aparılan qazıntılar zamanı tarixi heykəlin başı tapılıb. Araşdırma zamanı heykəlin başının Makedoniyalı İskəndərə aid olduğu müəyyən edilib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2017-ci ildə Qum məhəlləsində məktəb tikintisi zamanı tarixi xarabalıqlar aşkar edildikdən sonra ərazi qoruğa çevrilib. Qorunan ərazidə aparılan işlərdə yeni tapıntılar aşkar edilib.

Amasra Muzey Müdirliyinin rəhbərliyi və Bartın Universitetinin məsləhətçiliyi ilə aparılan qazıntılar zamanı Roma İmperiyası dövrünə aid Makedoniyalı İskəndər heykəlinin başı üzə çıxarılıb.

Tarixi əsər Amasra Muzey Müdirliyi səlahiyyətliləri tərəfindən mühafizə altına alınıb.