Türkiyədə dünən baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 6-ya çatıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, zəlzələ nəticəsində 294 nəfər yaralanıb, bunlardan 18-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, dünən Hatay vilayətində 5,8 və 6,4 ballıq iki zəlzələ meydana gəlib.