Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib.
Haqqında məhkəmə qərarı olan FETÖ-çü axtarışlar nəticəsində Başakşehirdə tapılıb.
Onun FETÖ-nün hərbi sferada olan şəbəkələşməsində iştirak etdiyi bildirilir. Həbs olunan şəxslə bağlı hüquqi prosedurlar davam etdirilir.
Bundan sonra da FETÖ və digər terror təşkilatlarına qarşı qətiyyətli mübarizə aparılacağı bildirilib.