Türkiyədə baş verən güclü zəlzələlərə görə daha bir komanda ölkə çempionatındakı çıxışını dayandırıb.

İqtisadiyyat.az "NTV Spor"a istinadən xəbər verir ki, 3-cü Liqada mübarizə aparan "Elazığspor" çempionatdan çəkildiyini Türkiyə Futbol Federasiyasına bildirib.

Qeyd edək ki, daha əvvəl Superliqada "Hatayspor" və "Qaziantep", 1-ci Liqada "Adanaspor" və "Yeni Malatyaspor", 2-ci Liqada "Adıyamanspor" və "Diyabekirspor", 3-cü Liqada isə "Malatya Arguvanspor", "Kahramanmaraşspor" və "Osmaniyespor" mövsümün qalan hissəsində meydana çıxmayacağı məlum olub.