Türkiyədə Koronavirus Elmi Komitə üzvü qorxunc xəbərdarlıq edərək, bir aya koronavirusa yoluxanların sayının beş min nəfərə çatacağını deyib.

Sondakika.com-un məlumatına görə, professor Alpay Azap bu barədə açıqlama verib:

“3-4 həftə ərzində yoluxanların sayının təxminən 5000 nəfər olacağı gözlənilir. Lakin bu kritik rəqəm 30000-ə də çata bilər. Buna görə, vətəndaşlarımız tədbirli olmalıdırlar. Belə olarsa, yoluxanların sayını 3000-4000 civarında saxlaya bilərik”.

Qeyd edək ki, bu günə olan məlumata əsasən, Türkiyədə 47 nəfər koronavirusa yoluxub.