Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki zəlzələ bölgəsində 37 min 129 kənd evinin tikintisinə başlanıldığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir Özhaseki sosial media hesabında yazıb. 

“Zəlzələ bölgəsindəki kəndlərimizdə vətəndaşlarımızın dinc yaşayacağı kənd evlərimizin yerli arxitekturaya uyğun tikintisini sürətlə davam etdiririk. Biz tövlələri ilə birlikdə 143 271 ev tikəcəyik. 37 129 kənd evinin tikintisinə başlamışıq.100 kənd evini zəlzələdən zərərçəkmişlərə təhvil vermişik”, - nazir qeyd edib.