Türkiyənin xarici işlər naziri Hakan Fidan Qərb ölkələrini HƏMAS hərəkatına münasibətinə yenidən baxmağa çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb. 

Eyni zamanda o, Ankaranın təşkilatı siyasi qüvvə hesab etdiyini bir daha təsdiqləyib.

"Oktyabrın 7-dən bəri tərəflərin HƏMAS-a münasibəti dəyişməyib. Biz inanırıq ki, heç bir səbəb on minlərlə mülki şəxsin qətlinə haqq qazandıra bilməz, buna barbarlıq deyilir. Əgər siz HƏMAS-a mülki əhalinin qətliamına əsaslanan münasibət göstərirsinizsə, o zaman İsrailə də oxşar qayda tətbiq edilməlidir", - Fidan qeyd edib.

Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-a münasibətini xatırladıb. O, Ərdoğanın təşkilata siyasi qüvvə kimi baxdığını və Qərbin təzyiqlərinə baxmayaraq, fikrindən dönməyəcəyini bəyan edib.