Türkiyə Müdafiə Nazirliyi taxıl müqaviləsinin uzadılması ilə bağlı Rusiya, BMT və Ukrayna ilə təmaslarını davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk məlumat verib.

Onun sözlərinə görə, Türkiyə bu məsələdə yardım etməyə hazırdır: "İyulun 17-də başa çatan taxıl təşəbbüsünün uzadılması ilə bağlı BMT, Rusiya və Ukrayna rəsmiləri ilə təmaslarımız Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq davam edir. Bu günə qədər mindən çox gəmi limanlardan çıxıb. Ukrayna limanlarından dünya bazarlarına təqribən 33 milyon ton taxıl göndərilib. Ölkəmiz bu məsələdə köməklik göstərməyə hazırdır və bundan sonra da konstruktiv təşəbbüslər göstərəcək”.