Türkiyə Super Liqasına yüksələn sonuncu klub da müəyyənləşib.
İqtisadiyyat.az xəbər verir ki, Super Liqaya yüksəlmək uğrunda oynanılan final matçında "Pendikspor" "Bodrumspor"u 2-1 hesabı ilə məğlub edərək Super Liqaya yüksəlib.
Qeyd edək ki, daha öncə "Samsunspor" və "Rizespor" da Super Liqaya vəsiqə qazanmışdı.