Super Liqa təmsilçisi "Qalatasaray" Nikolo Zaniolonu heyətinə qataraq 2000-ci ildən bəri ən bahalı transferini reallaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Sarı-qırmızılılar"ın ötən həftə "Roma"dan 15 milyon avroya aldığı Nikolo Zaniolo Türkiyə futbol tarixinin ən bahalı ikinci transferi olub.

Transfermarkt məlumatlarına görə, 23 yaşlı Zaniolo həm də 30 milyon avro dəyərində Türkiyənin ən bahalı futbolçusudur.

Transfer dəyərinə görə İtaliyanın 10 nömrəsini keçən yeganə ad "sarı-qırmızılı" klubun 2000-ci ildə "Porto"dan 17 milyon 50 min avroya transfer etdiyi braziliyalı hücumçu Mario Jardel olub.

Super Liqa klublarının bu günə kimi tranferlərinə en yüksək məbləğ ödədiyi 20 futbolçu 3 böyüklər tərəfindən transfer edildi. Bu oyunçuların 11-ini "Fənərbaxça", 8-ini "Qalatasaray" alarkən, "Beşiktaş" da ən bahalı transferler arasına 1 adla girə bilib.

Mario Jardel və Zaniolodan sonra üçüncü ən bahalı ad "Fənərbaxça"nın 2008-ci ildə La Liqanın bombardiri olarkən 14 milyon avroya "Malyorka"dan transfer etdiyi Daniel Quiza olub.

İspan futbolçunu hərəyə 13 milyon avro ilə Emmanuel Emenike (“Fənərbaxça”) və Mbaye Diaqne və Bruma (“Qalatasaray”) izləyir.

Transferləri üçün 10 milyon avro xərclənən Musa Sou və Raul Meireles (“Fənərbaxça”) və Yunes Belhanda (“Qalatasaray”) ən bahalı futbolçular siyahısında ilk 9-luqda yer alıb.

"Beşiktaş"ın transferi üçün ən çox ödədiyi futbolçu 2009-cu ildə 8 milyon avroya aldığı Rodriqo Tabata olub.

Siyahının digər diqqət çəkən cəhəti isə "Fənərbaxça"nın Emenikeyə iki dəfə transfer haqqı ödəməsi olub. "Sarı-Lacivertlilər" nigeriyalı hücumçunu 2011-ci ilin iyulunda “Karabükspor”dan 9 milyon avroya alıb, bir ay sonra Moskva “Spartak”ına 10 milyon avroya satıb, 2013-cü ildə isə 13 milyon avroya geri alıb.