Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Qalatasaray" və "Fənərbaxça" arasında dekabrın 29-u Səudiyyə Ərəbistanında keçirilməli olan Superkubok matçının ləğvi barədə danışıb.

İqtisadiyyat.az xəbər verir ki, prezident bunları deyib:

“Biz istəyirik ki, futbol da başda olmaqla Türkiyə idmanı mübahisələrlə deyil, nailiyyətlərlə gündəmə gəlsin. Səbəb nə olursa olsun, idmanı gündəlik siyasi rəqabətin məzəsinə çevirmək yanlışdır, səhvdir, idmanımıza heç bir faydası yoxdur. Bu ölkənin qurucusu Qazi Mustafa Kamaldır. Türkiyənin və türk millətinin şərəfini, ləyaqətini necə qoruduğumuzu bütün dünya çox yaxşı bilir. Bununla bağlı nə etmək lazımdırsa, nə addım atılmalıdırsa, onu etməkdən çəkinməmişik və çəkinməyəcəyik. 20 ili futbolla keçirmişəm, heç vaxt tribunadan baxmamışam. İdman ictimaiyyətinə "keçmiş olsun" arzularımı çatdırıram. Mən bütün klublarımızın idmanda sülh, həmrəylik və əməkdaşlığı təmsil edən ədalətli oyun ruhuna sahib çıxmalarını gözləyirəm".

Komandalar meydana Atatürkün sözləri olan pankartla meydana çıxmalı idilər. Lakin təşkilatçılar buna imkan verməyib