"Lester"in futbolçusu Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirməyə yaxındır.

İqtisadiyyat.az xəbər verir ki, türkiyəli müdafiəçi Madrid "Atletiko"su ilə razılaşıb. Bu barədə "Todofichajes" nəşri məlumat yayıb.

Xəbərdə La Liqa klubunun 26 yaşlı futbolçu ilə ilkin müqavilə imzaladığı bildirilib. Müdafiəçi yeni sezondan İspaniyada top qovacaq.

Çağlar bu mövsüm "Lester"lə 4 oyuna çıxıb.