Çempionlar Liqasının son finalçısı "İnter" Atalantada çıxış edən Türkiyə millisinin futbolçusu Merih Dəmiralı transfer etmək istəyir.

 "Atalanta" Qasperininin az şans verdiyi 25 yaşlı müdafiəçi üçün transfer təkliflərini qəbul etməyə hazırdır.

İqtisadiyyat.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının digər komandası olan "İnter"in Skrinyarın PSJ-yə transferindən sonra Merih Demiralı siyahısına daxil etdiyi  bildirilib.

 "Atalanta" bir müddət əvvəl Kolasinac ilə müqavilə imzalamış, Bekao və Bakker kimi adları da gündəminə daxil etmişdi.

 Müdafiənin rotasiyasında arxa plana keçən Merih Dəmiralın qarşıdakı dövrdə "İnter"ə transfer olunacağı və təmasların davam etdiyi bildirilib.

25 yaşlı futbolçu daha əvvəl İtaliyanın A Seriyasında “Yuventus” və “Sassoulo”da çıxış edib.

"Atalanta" 2021-ci ildə icarəyə götürdüyü Merih Dəmiralın transfer haqqını mövsümün əvvəlində 21 milyon avroya almışdı.