AVRO-2024-ün seçmə mərhələsində evdə Ermənistan yığması ilə üz-üzə gələcək Türkiyə millisinin heyətində dəyişiklik olub.

İqtisadiyyat.az xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinin məlumatına görə, "Fənərbağça"dan cəlb olunan Umut Nayir zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək. Hücumçunu "Qalatasaray"dan Halil Dərvişoğlu əvəzləyəcək. Qeyd edək ki, sentyabrın 8-də gerçəkləşəcək Türkiyə - Ermənistan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.