Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra dollar yenidən bahalaşmağa başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, dollar lirə qarşısında 4.2% bahalaşaraq 24.55 lirəyə çatıb. 

Azərbaycan Mərkəzi Bankının iyunun 22-ə açıqladığı məzənnəyə əsasən 1 lirə 0, 721 manata ticarət edilir. Avro isə lirə qarşısında 4.07% dəyər qazanaraq 26,95 lirəyə yüksəlib.

Əlavə edək ki, bu gün Türkiyə Mərkəzi Bankı ölkə iqtisadiyyatında böhranla mübarizə və pul siyasətinin sərtləşdirilməsi tədbirləri çərçivəsində uçot dərəcəsini 8,5%-dən 15%-ə yüksəldib.