Türkiyə Mərkəzi Bankının cəmi ehtiyatları 7 İyul həftəsində əvvəlki həftəyə görə 1 milyard 829 milyon dollar artaraq 110 milyard 416 milyon dollara çatıb. Ümumi ehtiyatlar 1 ayda 10 milyard 633 milyon dollar artdı. Xalis ehtiyatların 4 həftədə 16 milyard 337 milyon dollar artdığı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı tərəfindən Həftəlik Pul və Bank Statistikaları açıqlanıb.

Müvafiq olaraq, iyulun 7-nə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 2 milyard 681 milyon dollar artaraq 69 milyard 836 milyon dollar olub. Ümumi valyuta ehtiyatları 27 İyun həftəsində 67 milyard 155 milyon dollar səviyyəsində olub.

Sözügedən dövrdə qızıl ehtiyatları 852 milyon dollar azalaraq 41 milyard 432 milyon dollardan 40 milyard 580 milyon dollar olub.

Beləliklə, Mərkəzi Bankın cəmi ehtiyatları 7 iyul həftəsində əvvəlki həftə ilə müqayisədə 1 milyard 829 milyon dollar artaraq 110 milyard 416 milyon dollara çatıb.

Ümumi ehtiyatlar 4 həftədə 10 milyard 633 milyon dollar artıb.