Türkiyə Super Liqasının komandalarından olan "Alanyaspor" baş məşqçi Françesko Farioli ilə yollarını ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İtaliyalı baş məşqçi "Alanyaspor" klubu ilə 47 matça çıxıb. Farioli bu müddətdə 21 qələbə, 10 heç-heçə və 16 məğlubiyyət alıb