Türkiyə iqtisadiyyatı bu ilin ikinci rübündə ötən ilin eyni rübü ilə müqayisədə 3,8 % böyüyüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb.

Məlumata görə, son 1 ildə xidmət sektoru 6,4 %, tikinti sektoru 6,2 %, dövlət idarəçiliyi, təhsil, insan sağlamlığı və sosial xidmətlər sektoru 5,1 %, maliyyə sektoru 4,9 %, daşınmaz əmlak sektoru 3,2 %, informasiya və rabitə sektoru 1,3 %, aqrar sektoru 1,2 % artıb, sənaye sektoru 2,6 %, inzibati və yardımçı xidmət sektoru isə 1,2 % azalıb.

 

Gözəl Həşimova