Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-19-da Fars körfəzi ölkələrinə səfəri zamanı investisiya müqavilələri bağlamağı planlaşdırır.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Fars körfəzi ölkələrinin Türkiyə iqtisadiyyatına birbaşa investisiyalarının 10 milyard dolları ötəcəyini gözləyir.

"Ümidimizi bu səfərə bağlayırıq. Bundan əvvəl Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər etmiş həmkarlarımı bölgəyə göndərmişdim. Bu ölkələrlə əlaqələrimizi hərtərəfli gücləndirmək istəyirik”, - deyə Ərdoğan mətbuat konfransında bildirib.