Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra lirə dəyər itirməyə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, lirə dollar və avro qarşısında rekord səviyyədə ucuzlaşır.

Birjada dollar lirə qarşısında 1.13% bahalaşaraq 25.14 lirəyə çatıb. Azərbaycan Mərkəzi Bankının bu günə açıqladığı məzənnəyə əsasən, 1 lirə 0,672 manata ticarət edilir. Avro isə lirə qarşısında 0.72% dəyər qazanaraq 27,45 lirəyə yüksəlib.

Əlavə edək ki, iyunun 22-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 8,5%-dən 15%-ə yüksəldib. Bununla da Bank 2021-ci ilin mart ayından bəri ilk dəfə uçot dərəcəsini artırıb.