2023/24 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Ayxan Abbasovun komandası Türkiyə 1-ci Liqası təmsilçisi olan Arda Turanın çalışdırdığı “Eyüpspor”la qarşılaşıb. Bolu şəhərində yerləşən Gerede Esentepe stadionunda baş tutan matç "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisinin qollarını Fərid Nəbiyevl və Xəyal Nəcəfov vurublar.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyədə "Adana Demirspor"la üz-üzə gəlib və 0:2 hesabı ilə məğlub olub. Ayxan Abbasovun kollektivi iyulun 27-də Tanzaniyanın "Simba Sport" klubu ilə qarşılaşacaq.