"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bölgə təmsilçisi Emmanuel Hakmanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Toqolu futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense", "Jil Visente"nin formasını geyinən müdafiəçi son olaraq Serbiyada "Mladost"un şərəfini qoruyub.

Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.