Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Tovuzda baş tutacaq. "Qəbələ" burada "Turan Tovuz"un qonağı olacaq.

Turun sonuncu oyununda "Qarabağ" "Sabah"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

VI tur

17 sentyabr

16:30 Turan Tovuz - Qəbələ

Baş hakim: Əliyar Ağayev

19:30 Qarabağ - Sabah

Baş hakim: Tural Qurbanov