"Turan Tovuz" klubu heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

 İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə Tovuz şəhər təmsilçisi Kosovanın "Dukaqjini" klubunda çıxış edən nigeriyalı futbolçu Oto Conu transfer etmək niyyətindədir. 

 Bu haqda saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev transferi inkar etməyib.

"Hər hansı futbolçunun adını çəkmək doğru deyil, bir çox futbolçu ilə danışıqlar gedir . Müqavilə imzalananda rəsmi olaraq açıqlayacağıq".

Qeyd edək ki,  karyerası ərzində "Trepka", "Skenderbeu" və "Priştina" klublarında çıxış etmiş 25 yaşlı hücumçu 175 oyuna 66 qol vurub, 14 assist etməyi bacarıb.