"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.

İqtisadiyyat.az xəbər verir ki, müdafiəçi Afrika Millətlər Kubokunun təsnifat mərhələsində martın 24 və 28-də Liberiya ilə keçiriləcək oyunlar üçün CAR millisinə dəvət alıb.