"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bölgə təmsilçisi "Sumqayıt"dan ayrılan Aydın Bayramovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.

"Turan Tovuz" bundan əvvəl Fərid Nəbiyevin keçidini açıqlayıb.