"Turan Tovuz" klubunda ayrılıq yaşanıb.

İqtisadiyyat.az xəbər verir ki, "Turan Tovuz" PFK və futbolçu Ehtiram Şahverdiyev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Klub göstərdiyi xidmətlərə görə Ehtiram Şahverdiyevə təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.